Enerjimizi azaldan 3 düşünmədiyimiz amil

Enerjimizi azaldan 3 düşünmədiyimiz amil
Maraqlı məlumatlar
10.09.2017 25
İnsan orqanizmi çox ciddi yükləmələrə tab gətirmək və bu zaman tonusda qalmaq iqtidarındadır. Lakin bəzən insanlar hiss edir ki, buna heç bir ciddi səbəb olmadan enerjisini itirir, çox tez yorulur.

Bəzi çox adi şeylər enerjimizi azalda bilir. Bunlara fikir verin.
Susuzlaşma
Enerjinin səbəbsiz azalmasının əsas səbəblərindən biridir. Müasir insanlar adi təmiz suyun əvəzinə çay, qəhvə, cola və s. içir ki, bu içkilər orqanizmin mayeyə olan tələbatını ödəmir, əksinə orqanizmdən mayenin çıxmasını sürətləndirir, orqanizmi susuzlaşdırır.

Özünüzü adi təmiz su içməyə öyrəşdirin. Hər bir saatdan bir kiçik qurtumlarla 1 stəkan təmiz qazsız su için.

Smartfonlar
Smartfonlardan çox fəal istifadə müasir insanın enerjisini azaldan əsas faktorlardan biridir. Smartfonlardan yalnız zəruri hallarda istifadə edin. Sosial şəbəkələrin fəal istifadəçilərinin bir çoxlarında yuxu problemləri, sinir gərginliyinin artması, əsəbilik, tez yorulma kimi hallar tez-tez müşahidə olunur.

Mənfi emosiyalar (hirs, kədər, incimə, paxıllıq, qısqanclıq, peşmanlıq və s.)
Mənfi emosiyalar insanın enerjisini sovurur, insanı zəif və gücsüz edir. Streslərdən uzaq olun, streslərdən qaçın, köhnə pis xatirələrlə yaşamayın. Bu sizi daha güclü və enerjili edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!