Birlik və dostluq

Birlik və dostluq
Maraqlı məlumatlar
10.09.2017 17
Ağıllı düşmən nadan dostdan yaxşıdır

Arxalı köpək qurd basar

Baş-başa verməyincə daş yerindən qalxmaz

Birisi minə bağlıdır, mini də birə

Bir gün düz yediyin yerə, qırx gün salam ver

Birlik harada, dirilik orada

Bir su ki girdi qaba, oldu içməli

Vəfalı dost yad olmaz, görməsə yüz il səni

Qarı düşmən dost olmaz

Qoyun quzusunun ayağını basmaz

Qonşu qonşuya baxar, canını oda yaxar

Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar

Qonşu iti qonşuya hürməz

Qonşu qonşu olsa kor qız ərə gedər

Qonşu muncuğunu götürən onu ancaq gorda taxar

Qonşum sağ olsun, ocağından od verməsin

Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan

Qonşunun haqqı axirət haqqıdır

Qonşu payı dolu gələr, dolu gedər

Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!

Dağ dağa qovuşmaz, insan insana qovuşar

Doğru dostluq qərəzsiz olar

Dost başa baxar, düşmən ayağa

Dost dost ilə tən gərək, tən olmasa gen gərək

Dost dosta yaman gündə gərəkdir

Dost dar gündə tanınar

Dost ziyankar olmaz, ziyankar da dost olmaz

Dost yaman gündə tanınar

Dost yolunda boran olar, qar olar

Dost yolunda can qurban

Dostluqla tutub, düşmənliklə yıxma

Dost min isə azdır, düşmən bir isə çoxdur

Dostun versə qum, al ovcunda yum!

Ev alma, qonşu al

Əli ələ vurarsan, səs çıxar

Ət ilə dırnaq arasına girən iyiyər çıxar

Yaxşı dostu yaman gündə sına

Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın

Yeməklə dost olan illərlə küsülü qalar

Yoldaşını nişan ver, özünü tanıt

Örtülü bazar dostluğu pozar

Özgə atına minən tez düşər

Özgə buzovunu güdənin çatısı əlində qalar

Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar

Özgəyə quyu qazan özü düşər

Özgəsinə göz qoyan özünkünü itirər

Sidq ilə dost olan ürəkdən də bir gərək

Tək əldən səs çıxmaz

Hər şeyin təzəsi, dostun köhnəsi

Çox qarışqa bir şiri öldürər

Çörək itirən çörək tapmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!