Pandalar artıq nəsli tükənməkdə olan heyvan deyil

Pandalar artıq nəsli tükənməkdə olan heyvan deyil
Maraqlı məlumatlar
10.09.2017 15
Uzun müddət davam edən mübarizə sayəsində pandaların sayı yüksəlişə keçərək. 1864-ə çatdı. Kiçik pandaların sayı dəqiq bilinməsə də, 200 olduğu təxmin edilir.

Beynəlxalq Təbiəti Qoruma Dərnəyi (IUCN) Çinin pandaları qoruma siyasətini uğurlu nəticələr verdiyini açıqladı. Çinin "milli heyvan"ı hesab edilən panda artıq "nəsli tükənməkdə olan heyvan" olmaqdan çıxarılsa da? "həssas" heyvan hesab olunmağa davam edəcək.Bunun səbəbinin isə pandaların əsas qidası hesab olunan banbuların qlobal istiləşmənin təsiri ilə sürətlə azalmasıdır.

Qorillalar risk altındadır: Qanunsuz ovlanma və daxili müharibələr.
Yenilənən "qırmızı siyahı"da ən diqqət çəkən heyvan isə dünyanın ən böyük primatı hesab edilən Greur qorillasıdır. Şərqi qorillaların sayı, qaçaq ovlanma səbəbi ilə son 20 ildə 70% azalıb. Bu qorillaların əsas yaşayış məskənləri Uqanda, Ruanda və Demokratik Konqo Respublikasında yerləşən yağış meşələridir. Dünyada təxminən 5 min qorilla qaldığı bilinir.

90-cı illərdə Ruandada yaşanan vətəndaş müharibəsindən qaçan əhalinin Konqoda yağış meşələrinə yerləşərək qorillaların ərazisini işğal etməsinin də böyük rolu var.

Dünyada 6 böyük meymun növündən 4-ü nəsli tükənməkdə olan heyvanlar siyahısındadır: Şərq qorillası, Qərb qorillası, Bornea Oranqutanı, Sumatra oranqutanı. IUCN sədri İnger Andersen xəbəri "Bugün çox kədərliyik çünki insanoğlu bəzi ən yaxın qohumlarını yox edir." deyərək açıqladı. IUCN’nin "Qırmızı Siyahısı"nda 82.954 heyvan və bitki növü var. Bunların təxminən üçdə birinin (23.928) nəsli tükənmə riski var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!