Yoruldum....

Yoruldum....
Maraqlı məlumatlar
10.09.2017 30
 

Dayan Həyat..!

Özümdən yoruldum..
Davamlı maska taxmaqdan,
İçim qan aglayarkən, insanlara gülməkdən yoruldum…
Çox əsəbiykən belə, sakit olmaq zəruriliyindən yoruldum...
 
Hüzn cizgiləri sarmışkən üzümü,
Qəmzələrimi göstərməkdən yoruldum..
Qışqıra-qışqıra ağlamaq istəyərkən,
Gözyaşımı içimə axıtmaqdan yoruldum.
İçimdə dəli kimi çağlayanlar varkən..
 
Səsimi içimə çəkib, susmaqdan yoruldum..
Qaranın əsiri olmaqdan yoruldum..
 
Özümdən yoruldum...
Həmişə güclü olmaq nə qədər çətin imiş
Həmişə məsuliyyət sahibi olmaq, uşaqkən gənc olmaq , gənc ikən yetkin olmaq
Şəxsiyyət dəyiştməktən yoruldum..


Geri dönüşü olmayan bir tuneldəyəm
Yenə qurulmuş səhnə
Baş rolda Mən..
Köməkçi oyunçular: hüzn, kədərli maska
Mövzu: hər şeyə baxmayaraq xoşbəxt olma sənəti
Ha birdə oyunun adı var: Həyat Gülürəm yenə zərurətdən..
Bu neçənci rol alışım bu filmdə, alışılmış ssenarilərdir bunlar..
Mən hər gecə bu səhnənin müdaviniyəm
Burax artıq xoşbəxt olma dərdini, yapışmış alınımıza Həyatın döyüşü
Düş yaxamdan həyat!!!
Oyunumu oynayaram,səhnəmi bağlayaram
Ölümdür sonuma yaraşan
Bilmirsənmi…!
Ən çox ölülərdir alqışlanan...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!