Səfərə çıxmağın 7 faydası

Səfərə çıxmağın 7 faydası
Maraqlı məlumatlar
10.09.2017 12
Ruhunuzun təravətlənməsini istəyirsinizsə, gərək səfərə çıxasınız. Səfər insana həyat sevinci verər və ruhunu qüvvətləndirər. Səfərə çıxmağın faydaları ilə tanış olaq. Bu zaman qısa ekskursiyalar, şəhər kənarına qısa səfərlər də karınıza gələr.

1. Səfərə çıxın ki, stressiniz azalsın. Çox təəssüf ki, bu hay-küylü şəhər ab-havasında yaşayan hər bir insan sterss və iztirabdan uzaq ola bilmir. Stress insanı tez qocaldır və təhlükəli xəsətliklər üçün zəminə yaradır. Səfərə çıxmaq insanı yeni mühitə və təbiətin sakit qoynuna çəkdiyi üçün, insan bu yığılan streslərdən azad olmağa başlayır.

2. Səfərə çıxın ki, ruhunuz yüngülləşsin.İnsan bircə həftə istirahət edəndən və təbiətin qoynuna səfər edəndən sonra o qədər ruhi enerjiyə malik olur ki, ona bir il kifayət edir. Səfər insanın ruhunu istirahət etdirər. O zaman ki, bədən təmiz havada və təbiətin qoynunda olar, endorfin hormonu ifraz olar ki, bu hormon insana sakitlik hissi verər.

3. D vitamini deponuzu doldurun. İsti mövsüm D vitamininə olan ehtiyacı təmin etmək üçün yaxşı fürsətdir. Ona görə də günəşli günlərdə tətilə çıxın. D vitamini insan sağlamlığında mühüm rola malikdir. Sümükləri qoruyur, bədən əzələlərinin fəaliyyətini yaxşılaşdırır, ürək xəsətlikləri riskini azaldır, qan təzyiqini normaya salır, diabetin qarşısını alır və artıq çəkidən qoruyur.

4. Yuxunuzun keyfiyyəti yaxşılaşsın. Səfərə çıxan zaman insan stressdən uzaq olduğu üçün yuxusu düzəlir. Çünki bədən istirahət edir və səfərdən ləzzət alır.

5. Səfərə çıxmaq ailə səmimiyyətini artırar. Əgər ailə münasibətinizdə soyuqluq yaranıbsa, səfərə çıxın. Səfərə çıxmaq endorfin hormonunun ifraz olunmasına görə insana yaxşı hisslər verər və pozitiv hissləri təhrik edər.

6. Səfərə çıxın ki, bədəniniz hərəkət etsin. Mütəxəssislər bu gün xəstəliklərin bir çoxunun bədən hərəkətsizliyindən qaynaqlandığını söyləyirlər. Səfərə çıxmaq sizin bədən hərəkətlərinizin artmasına səbəb olacaqdır. Piyada gəzmək, velosiped sürmək, üzmək, sahildə addımlamaq səfərə aid olan hərəkətlərdəndir.

7. Səfərə çıxın ki, bədəniniz oksigen alsın. İnsanın təmiz havaya ehtiyacı vardır. Səfərə çıxmaq bədənin oksigenini artırar, ağciyərləri genişləndirər. Təmiz hava beyinə müsbət təsir qoyar və insan şadlıq hissləri keçirər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!