Mersedes Benz simvolunun sirli tərəfləri

Mersedes Benz simvolunun sirli tərəfləri
Maraqlı məlumatlar
10.09.2017 7
Rəsmi məlumatlara əsasən, Mersedes –Benz simvolu üç təbii ünsürə işarədir – Su, torpaq, hava. Amma bu simvolun arxasında başqa mənalar da gizlənir.
Gəlin bu istiqamətdə axtarışlar aparaq və bu simvolun nə demək olduğunu, nə məna daşıdığını araşdıraq.
Simvolu əhatə edən dairə — hərəkət simvolu, yəni-təkər deməkdir. Dairə — həm də sonsuzluq, daim hərəkətdə olmaq, səma, zaman, kainat, aləm, dünya mənasında da ola bilir. Əslində isə, dairə — mifik və dini nöqteyi nəzərindən də daimiliyi xarakterizə edən bir işarədir. Mersedes-Benzin simvolundakı dairənin mənasının, — “bu avtomobilin uzunömürlü və daimi bir brend olacağı”- demək olduğunu deyənlər də çoxdur.
Bəs, dairənin işərisindəki üçguşəli ulduzun mənası nədir?
Üçguşəli ulduz – üçbirlik, üçbucaq — xaçpərəstlikdə isə “hər şeyi görən göz”, “İlahi göz” mənasını daşıyır. Belə bir işarəyə, yəni-üçbucağın içərisində açıq göz simvoluna, Amerika və Ukraynanın pul vahidlərinin üzərində də rast gəlmək mümkündür. Bu cür simvola dini mərasimlərdə daha çox rast gəlinir. Hindistanda bu işarə — xaosdan yaranmış ilk kosmik fiqur hesab olunur. Birdəki, İlahi indus triadası olan Trimurti – üç ilahənin – yəni, Yaradici Brahma, qoruyucu Vişnu və dağıdıcı Şivanın birləşməsidir bu işarənin mənası.
Masonlarda isə bərabəryanlı üçbucaq Kosmosun üç hissədən inarət olmasına işarədir. Yəni – İşıq, qaranlıq və zaman....
Numerologiyada üç — çox böyük məna daşıyır. Bu ilk tək ədəddir. Üç həm də quruculuq mənasını daşıyır.
Mifik tərəfdən üç – başlanğıc, otra və sonluq deməkdir.
Pifaqora görə, üçbucaq Kosmosu simvolizə edir və başqa mənada da – sağlamlıq deməkdir.
Finikiyalılara görə — üçbucaq – “dalet” hərfidir, yunan hərfi “delta” bundan yaranmışdır. “Qapı” mənasındadır.
Hansı tərəfdən yanaçırıqsa yanaşaq, Mersedes – Benzin loqotipindəki üçguşəli ulduz yəni 3 rəqəmi daha çox magik məna daşıyır. Dini və mistik kitablarda, əsasən də “İncil”də 3 rəqəminə çox rast gəlmək olar. Məsələn: 3 falçı, İsanın öldüyü gün – 3 aprel, İsanın yaşı – 33, İsanın dirilməsi – 3-cü gün və sairə .
Digər bir tərəfdən, bəşəriyyət, ümumiyyətlə, yaradıldığı gündən 3 rəqəmini mistik bir rəqəm hesab etmişdir. 3 rəqəmi – mifik, mistik və dini tərəfdən də baxsaq — sirli və sehirli bir rəqəm hesab edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!