Çilidə pizzanı əllə yeməyin

Çilidə pizzanı əllə yeməyin
Maraqlı məlumatlar
10.09.2017 12
Yemək mədəniyyəti ilə bağlı hər ölkənin özünün xas adətləri var:

Çində yemək çubuqlarını qətiyyən kiməsə doğru uzatmayın.

Koreyada masa başında oturan ən yaşlı biri yeməyə başlamadan süfrəyə əl uzatmayın.

Çilidə pizzanı əllə yeməyin.

İtaliyada yeməkdən sonra pendir istəmək aşbazın yemək bişirmə bacarığını təhqir etmək mənasını verir.

Tanzaniyada yeməyə dəvət edildiyiniz evə 20 dəqiqə gecikin. Tez getmək ev sahibini təhqir etmək deməkdir.

Rusiyada şərab şüşəsi bitəndən sonra onu yenidən süfrəyə qoymaq uğursuzluq sayılır.

İndoneziyada hər iki əliniz daima masanın üstündə olmalıdır .

Yamaykada insanlar danışmayan uşağa toyuq yedizdirilərsə, heç vaxt danışmayacağnı düşünürlər. Buna görə də uşağa toyuq vermirlər.

Nigeriyada insanlar yumurta yeyən uşaqların oğru olacağını düşündüləri üçün onlara yumurta vermirlər.

Fransada yeməyi tələsik yemək kobudluq kimi qəbul edilir.

Yaponiyada yediyiniz yeməyin çubuqlarını dik tutmayın. Bu, yemək yediyiniz ev sahibini, restoranı lənətləmək kimi başa düşülür.

Fransada yeməyin artığını boşqabda saxlamayın, ya da paketlənməsini istəməyin. Hər ikisi də yeməyi bəyənmədiyiniz mənasını verir.

Almaniyada yalnız çörəyin əllə yeyilməsi müsbət qarşılanır.

Qazaxıstanda fincanlara çayı yarımçıq tökərlər. Fincanın ağzına kimi doldurulması, ev sahibinin sizin getməyinizi istəməsi kimi başa düşülür.

Azərbaycanda duzu yerə tökməyin. Bu, dava edəcəksiniz mənasını verir. Adətən tökülən duzun üzərinə qənd qoyulur.

Estoniyada yerə düşən çörəyi öpürlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!