Əri gözü görməyən həyat yoldaşı üçün 2 il durmadan gül əkdi ki...

Əri gözü görməyən həyat yoldaşı üçün 2 il durmadan gül əkdi ki...
Maraqlı məlumatlar
10.09.2017 7
Yaponiyada bir ər həyat yoldaşını xoşbəxt etmək üçün bəlkə də dünyada heç bir kişinin etmədiyini reallaşdırıb.
Yaponiyada yaşayan xoşbəxt ər-arvad illər əvvəl iki uşaq tərbiyə edir və süd ferması ilə məşğul olurdu. Lakin bir gün diabet xəstəliyindən əziyyət çəkən xanım Kuroki görmə qabiliyyətini itirir. Bundan sonra sarsılmış qadın depressiyaya düşüb, evdən çölə çıxmayır. Həyat yoldaşının vəziyyətindən narahat olan cənab Kuroki sevimli xanımının əhval-ruhiyyəsini qaldırmaq üçün gözəl üsul fikirləşir. Belə ki, o həyətində qadının zövq alması üçün gözəl qoxusu hər tərəfə yayılan çoxlu güllər əkir. Sözsüz ki, qadın gül-çiçəyin ətrinə biganə qalmayıb və evdən çıxmağa başlayır.
İki ildən sonra cütlüyün sevincinin həddi-hüdudu yerə-göyə sığmayır. Gözləri görməyən xanım Kuroki indi hər gün gülümsəyir və öz evinin bağında oturmağı çox sevir. Amma onun əri bütün bunları etməsəydi, bunların heç biri olmazdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!