Bu Bizlərik....

Bu Bizlərik....
Maraqlı məlumatlar
10.09.2017 9
Bu Bizlərik....

 
Həkim qəbulunda növbədə gözləyən camaata növbənin nə olduğunu başa salıb, növbədən kənar içəri kəçən də BİZİK

Tıxac vaxtı arxadan bizə siqnal verən sürücüyə "əə nolub görmürsən probkadı hara sürüm" deyib, qarşıda dayanan avtomobilə siqnal verib "ə noldu sür dəəəə" deyən də BİZİK

Metro kartındakı cəmi bircə gedişlə bütün qrup yoldaşlarını, məhlə uşaqlarını, əgər olsa padxod məqsədi ilə yanındaki gözəl xanımı da metrodan keçirdən də BİZİK

Avtobusda əlindəki qəpiylə şüşəyə daqqıldadıb, yoğun səslə “burda saxlıyarsan” deyən də BİZİK
 
Metroda maşinistlə əlaqə düyməsinə basıb, “Gənclikdə saxlıyarsan” deyən də BİZİK

Facebook-da hamı ilə sağollaşar “Gecəniz xeyrə qalsın” deyib səhərə kimi "offline" oturan da BİZİK

Dostlar arasında “Sevgidə gözəllik önəmli deyil, əsas odu ürəkdən sevəsən” deyib, gözəl qız axtaran da BİZİK

Əl telefonuna gələn qısa vızıvlardan bezib, 1 saat olsa belə “YES” düyməsi üstündə gözləyən də BİZİK


Universitetdə müəlliməyə “məəlim, olar ruçka alım gelim” deyib, dərsdən qaçmağı bacaran da BİZİK


Taksi sürücüsü 10 AZN-ə apararam deyəndə “heç olmasa 9 AZN elə də onu” deyib, 1 AZN qiyməti aşağı salmağı bacaran da BİZİK

Bu, BİZ idik.. əyrili düzlü, yalanlı gerçəkli, biraz pozitiv biraz da acınacaqlı görsənən - BİZİKскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!