Dünyanın ilk qara ətiri

Dünyanın ilk qara ətiri
Maraqlı məlumatlar
10.09.2017 13
Lady
Gaga "Fame" adı verdiyi ətirini sentyabrda təqdim edəcək. Bu ətir
dünyada ilk qara ətir kimi təqdim olunacaq. Ətirin qara olmasının səbəbi
haqqında Gaga: "Şöhrət ruhu kimi qaradır, amma havaya qarışanda bu görünməz", deyib. Ətirin adı, rəngi kimi şüşəsi də maraqlı görünüşə malikdir.





















Gaga ətirin fragmanının artıq hazır olduğunu söyləyir. O, bu
fragmanda "Alejandro" klipinin direktoru Steven Klein ilə işləyib.
Fragman ağ-qara olacaq. Arxa fon musiqi üçün Gaga-nın "Scheiße” adlı
mahnısı seçilib. Ətirin iyinə gəldikdə isə Gaga bunları söyləyib: "Sizin
üzərinizdə məni hiss etməyiniz üçün ətir mənim şəxsi qan
nümünələrimdən hazırlanıb. O ətirdə olacaq, amma ətirdən onun kimi iy
gəlməyəcək". Ətiri təşkil edən kompanentlər: Belladona bitkisinin
"göz yaşları", tiger orchedia gülünün "əzilmiş ürəyi", ərik tozları və
zəfəranla bal damcılarının essensiyaları. Ətirə qara rəng verənin isə
tüstü pərdəsi olacağı söylənilir.



P.S
Twitterdə fanatının: "Ətir qadınlar üçün olacaq?" sualına Gaga: "Bəli,
qadınlar üçün hazırlanıb, amma artıq mənim kişi dostlarımın
əksəriyyəti bundan istifadə edir :)", - deyə cavab verib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!