Sevənlər belə edir - 10 əlamət

Sevənlər belə edir - 10 əlamət
Maraqlı məlumatlar
10.09.2017 22
Sevmək və sevgilinizlə birlikdə etdiyiniz ən adi davranışlar belə, insana xüsusi zövq verir. Onunla həyat daha əyləncəli, daha sevgi dolu, daha maraqlıdır. Üstəlik, birlikdə öhdəsindən gəlməyəcəyiniz heç nə yoxdur.

1. Duşu paylaşmaq

Artıq münasibətləriniz ciddi mərhələdədirsə, birlikdə duş almağa başlayırsınız. Bir-birinizin kürəyini şampunlayır, saçlarınızı yuyursunuz. Hətta bir-birinizin ayaqlarını şampunlamaqdan belə çəkinmirsiniz.

2. Müxtəlif yerlərdəykən eyni serialı izləmək

İkiniz də eyni serialı izləyirsiniz (bəlkə biriniz işdə, digəriniz isə evdəykən) və sevgilinizin də izlədiyinə əmin olmaq üçün bir-birinizə mesaj yollayarsınız.

3. Yataqda müəyyən yerləri “işğal etmək”

Bütün cütlüklər yataqda hansı yerdə yatacağını seçir. Cütlüklər sevgililərinin gecə keyfiyyətli yuxu alma ehtiyaclarını anlayırlar. Uzunluğun bununla heç bir əlaqəsi yoxdur. Bədəniniz istər kiçik, istər böyük ölçülü olsun, onun rahat yatması üçün hətta yatağın bir küncündə belə, qıvrılaraq yata bilərsiniz.

4. Qucaqlaşmaq

Qucaqlaşaraq yuxuya getmisiniz. Gecənin bir yarısında sevgilinizin ehtiyatla qolunu çəkir və ya ikiniz də birdən yuxudan oyananda eyni hərəkətləri edirsiniz. Amma uzaqlaşdıqda belə, ayaqlarınız bir-birinə dəyir. Bu hərəkət sizi və sizinlə qucaqlaşmağı sevdiyinin göstəricisidir. Bütün gecəni onunla qucaqlaşaraq keçirmək isə bir az düşüncəsizlik olar.

5. Harada və nə yeməyinizi seçmək

Kişi xanımdan harada və nə yemək istədiyini soruşduqda mütləq düzgün cavab verməlidir. “Fərq etməz” deməyin. Çünki o, bunun yalan olduğunu bilir. Onsuz da nə seçəcəyinizi bilir. Amma bəlkə ürəyiniz nəsə istəyə bilər deyə son qərarı vermək istəmir. Və gedəcəyiniz yeri dedikdə nə reaksiya verəcəyinizi bilmək istəyir. Əgər o, sizi həqiqətən sevirsə, restoran seçimi vərdişlərinizi asanlıqla həll edəcək.

6. Bir-birinizi güldürmək

Sevgililərin bir-birini güldürməsi çox əhəmiyyətlidir. Yumor anlayışını anlaya bilmək, gün ərzində sevincini yerinə gətirə bilmək vacibdir. Bundan daha gözəl heç nə yoxdur. Nə yaşayırsınızsa yaşayın, gülə bilmək üçün sizə ehtiyacı olacaq ki, hər şeyin yaxşı olacağını bilsin

7. Bir-birinizin yanında paltar dəyişmək

Birlikdə yaşayırsınızsa mütləq bir-birinizin qarşısında paltarınızı dəyişdirəcəyiniz an mütləq gələcək. Sevgiliniz üçün corab axtarmaq, koftasını geyinməyinə kömək edəcəksiniz. Paltarı çətin geyindikdə onun yanınızda olması sizə köməkdir. Xüsusilə yaxşı görünüb-görünməməyinizi də birinci ondan soruşacaqsınız.

8. Məlum günləri anlayışla qarşılamaq

Bir qadın mütləq menstruasiya olmalıdır. Həmin dövrü qadınlar fiziki və emosional olaraq ağrılı keçirir. Kişilər üçün isə bu dövr “romantik” əziyyətdir. İlk üç gün bəzən həqiqətən də çox cansıxıcı ola bilər. Əgər sevgiliniz sizi özünə həsr edibsə, şikayətləriniz, ağrılarınız, əsəbi anlarınızı anlayışla qarşılayacaq. O, sizin bir neçə günlük tamamilə fərqli bir insana çevrilməyinizdən narahat olmayacaq. Üstəlik, bu günlərdə hər zaman nəyəsə ehtiyacınız olub-olmaması ilə maraqlanacaq. Məsələn, şokolad istəyirsən, bezin var, qarnını masaj edim?

9. Birlikdə olduqda söhbət etmək

Təklikdə qalmaq ən çox arzulanan məqamdır. Geyinirsiniz, saçlarınızı səliqəyə salırsınız, sevgiliniz isə təraş olur, saçlarını düzəldir və səliqəli görünməyə çalışır. Bəs yemək masasına əyləşdikdən sonra hansı mövzularda söhbətlər edəcəksiniz? Baxacağınız yeni filmlər, iş yerinizdəki dedi-qodular, dostlarınızdan bəhs etmək, ailə məsələləri, tətil planları və s. adi mövzuların münasibətdə dəyərli olması vacib məqamdır.

10. Yataqda söhbəti etmək

Məsələ həddindən artıq səmimi söhbətlərdən sonra yatağa uzandıqda bunu davam etdirmək deyil. Uzun bir günün sonunda birlikdə yatağa uzanıb edəcəyiniz söhbətlər əvəzedilməzdir. Gününüzün necə keçdiyini və özünüzü necə hiss etdiyinizi soruşursunuz və bir-birinizin qollarında yuxuya gedirsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!