Bu hissləri yalnız aşiqlər yaşayır – 18 FAKT

Bu hissləri yalnız aşiqlər yaşayır – 18 FAKT
Maraqlı məlumatlar
10.09.2017 33
Sevgi insanın izah olunmayacaq ruh halı və inanılmaz romantik bir hadisədir. İnsanlar əsrlər boyu eşq üçün şeirlər, mahnılar yazıb və yazmaqda davam edir. Elmi araşdırmalar isə bir çox başqa faktları da ortaya çıxarıb. Sən demə, əslində damardan və hisslərlə başlayan bu hissin səbəbi bədənimizdə yaranan təbii adrenalin təsiridir.

1. İlk baxışda eşq həqiqətən var. Bu, beyindəki zülalın ani artımından qaynaqlanır.

2. Aşiq olan zaman “sanki qarnımda kəpənəklər uçuşur” deməyi də təsadüfi deyil. Mədədəki kəpənəklər tamamilə kimyəvi bir hadisədir. Aşiq olmaq adrenalini artırır, bu isə mədəmizi vurur.

3. Aşiq olduğumuz adama baxarkən göz bəbəklərimiz böyüyür və bu, bizi qarşı tərəf üçün daha cazibədar bir hala gətirir.

4. Aşiq olduğumuz zaman beynimiz sanki kimyəvi bombardmana məruz qalır. Eşq sərxoşu dediyimiz romantik anlayış buradan qaynaqlanır.

5. Kimyəvi dəyişikliklər ən çox 1 il davam edir. Beynimiz sonda mütləq normal səviyyəyə qayıdır.

6. 1 ildən sonra isə daha çox bağlana bilirik. Əgər əlaqəniz 1 il davam etsə, sonra oksitosin, yəni "bağlanma hormonu" dövrəyə girir. Qadınlarda bu hormon orqazm olma miqdarı ilə də bağlıdır.

7. Bizi sevdiyimiz adama bağlayan oksitosin hormonu, eyni zamanda baş ağrılarını da azaldır.

8. Eşq insan beynini zövq alma hormonu (dopamin) ilə doyurur. Münasibətlərdə asılılıq da tamamilə bu səbəbdən qaynaqlanır. Eşq kokain və metamfetamin kimi narkotiklərlə eyni təsirə malikdir.

9. Eşqin ifraz etdiyi hormonlardan biri də stress hormonu olan kortizoldur.

10. Sevdiyimiz adamın fotoşəklinə baxmaq qan dövranını sürətləndirərək kiçik diametrli zövq yaşamamıza səbəb olur.

11. Sevdiyimiz şəxsin fotoşəklinə baxaraq fiziki ağrılarımızı 40%-ə qədər azalda bilirik.

12. Onun əlini tutmaq isə həm gərginliyimizi, həm də fiziki ağrımızı azaldır.

13. Eşq xoşbəxtlik hormonunu (seratonin) o qədər artırır ki, sinir pozuntusu olan bir xəstəylə bərabər səviyyəyə gəlir.

14. Hətta bir şizofrenlə də bənzər duyğuları paylaşırıq.

15. Bir insana sizinkindən çox fərqli bir qoxu ifraz etdiyi üçün aşiq ola bilərsiniz. Bir qadına kişinin qoxusu onun öz iyinə nə qədər bənzəmirsə, o qədər çox xoşuna gəlir.

16. Təbii ki, doğum həbi almırsınızsa... Çünki doğum həbi istifadə edən qadınlar üçün cazibədarlıq meyarı tam tərsinə işləyir. Nə qədər bənzər qoxu olsa, o qədər yaxşı olur.

17. Tərk edildikdə hər kəs fiziki olaraq da acı çəkir. Həm fiziki, həm romantik acı çəkərkən beynin eyni nöqtəsi xəbərdar edilir.

18. Qırıq bir qəlb sizi həqiqətən öldürə bilər. Qırıq qəlb sindromu tibdə həqiqətən var. Bu sindrom ürək stress yüklənməsinə dözmədikdə ortaya çıxır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!