Android cihazlar üçün 5 qızıl məsləhət

Android cihazlar üçün 5 qızıl məsləhət
Maraqlı məlumatlar
10.09.2017 17
1. Android cihazlarda tez-tez donmabaş verir. Və insanlar cihazı format etməklə bir müddətlik bu problemdən xilas olurlar. Bir neçə formatdan sonra ya istifadəçi bezir,yaxud cihaz formatlanmaya dözməyərək yanır. Yaxud, cihaza əlavə təmizləyici proqramlar yükləyərək bu problemdən xilas olmağa çalışırlar. Əslində isə çarə çox asandı. İlk növbədə cihazdakı proqramları istifadə etdiklərim, az istifadə etdiklərim və ümumiyyətlə istifadə etmədiklərim tipində bölün. Daha sonra ümumiyyətlə istifadə etmədiyiniz proqramları silin (mümküm deyil, datanı təmizləyərəkproqramı deaktiv edin). Az istifadə etdiklərinizi də istəyinizə uyğun olaraq ya silə, yaxud saxlaya bilərsiniz. Daha sonra cihazda ayaralara daxil olaraq yaddaş bölməsinə tıklayın. Ümumi yaddaş, istifadə edilmiş və boş qalmış yaddaş haqqında məlumatlar ekranda öz əksini tapacaq. Həmçinin keşlənmiş məlumatlar adlı bir bölmə də olacaq ki, onu təmizləmək işinizə çox yarayacaq. Unutmayın ki, vk, soundcloud kimi musiqi proqramlarımdan istifadə edirsinizsə keşi silməklə həmim proqramlardakı musiqiləri də silmiş olacaqsınız. Əgər bu proqramramlardan istifadə etmirsinizsə can rahatlığı ilə keşi təmizləyin. Daha sonra cihazı söndürün-yandırın. Donma azalmalıdı. Azalmazsa, demək ki, cihaz özü çox zəifdir, yaxud zədələnib.2. Limitli internetdən istifadə etdiyimiz zaman (loru dildə MB - Meqabayt) tez bitdiyinin şahidi oluruq. Təbii ki, bu istifadə etdiyiniz proqramlardan asılıdır. Lakin, daha böyük problem proqramların öz başına güncəllənməsidir. Bunu ləğv etmək üçün proqram marketinin (Play Market, İOS Store, Windows Store və s.) ayarlarıma daxil olun. Avtomatik güncəlləməni deaktiv edin. Və əgər mümkündürsə internetdən istifadə edərkən enerjiyə qənaət rejimini aktivləşdirin. Beləliklə, arxa planda məlumat itkisi baş verməycək (loru dildə MB - Meqabayt) və daha uzun müddət internetdən istifadə edə biləcəksiniz.3. Cihazım enerjisi tez bitir. Bunun qarşısını necə almaq olar? Əlbəttə ki, problem cihazın texniki qüsurlarından asılı deyilsə, bunun qarşısını almaq olar. Əsasən internetdə olarkən, yaxud cihaza yük düşərkən (oyunlar, proqramlar və s.) enerji sərfiyyatına səbəb olur.Bunun qarşısını almaq üçün tövsiyə edirəm ki, uzunmüddətli videolara birbaşa internetdə deyil, cihaza yükləyərək oflayn şəkildə baxasınız. Skype, Facebook Messenger, Play Store kimi proqramlar gərəkli olmadığında deaktiv edin. Və ən əsası, mümkündürsə cihazdan istifadə edərkən (ağır oyunlar oynayarkən, proqramlardan istifadəedərkən) enerjiyə qənaət rejimini aktivləşdirin. Bu arxa planda RAM yeyintisini azaldacaq ki, enerjiyə qənaət etmiş olacaqsınız. Həmçinin, telefonu təyyarə rejiminə (uçak modu, flight mode) qoyaraq da enerjinin ömrünü uzada bilərsiniz.4. Cihazın cəld enerji yığmasını hamımız istəyirik. Bunun bir neçə üsülü vardır. Ən təhlükəsiz üsul cihazı söndürmək və enerji yığmağa qoymaqdır. İkinci üsul cihazın gücündən asılı olaraq müasir USB naqillərdən istifadə etməkdir ( USB3 adlanır). Növbəti üsul, cihazı təyyarə rejiminə qoymaqdır. Bu sizin öz seçiminzdən asılıdır.5. Faydalı sandığımız bəzi proqramlar var ki, heç bir işə yaramır. Belə proqramlara aldanmaq lazım deyil. Bunlar aşağıdakı proqramlardır:- CleanMaster- DUCleaner və bu tip proqramlar- İnstagram profilimə kim baxdı?- Facebook profilimə kim baxdı və butip proqramlar- Enerji qoruyucu proqramlar- Foto çərçivə və foto kollaj proqramları (onların işini PicsArt yerinə yetirir)- Canlı divar kağızları (enerjini çox yeyir)- Unity sistemi ilə hazırlanmış oyunlar (bir çox cihazları dondurur)- Wifi qırıcılar (iki istisna proqram var ki, onlar xaric he biri işə yaramır)- Ekran mövzuları/Launcherlər (sadəcə enerji itkisinə səbəb olur)Bu tip proqramların iş prinsipi özünə daha çox istifadəçi cəlb etməkdir. Görünüşə aldanmaq lazım deyil. Yuxarıdakı proqramları aşağıdakılar ilə əvəzləmək daha yaxşı olar:- ES file manager - Həm fayl menecerdir, həm də lazımsız faylları təmizləmək üçün proqram.- PicsArt mobil cihazlar üçün Fotoşop rolunu oynayır. Kollajlar, şəkil üzərinə yazılar yazmaq və s. mövcuddur.- Google Now Launcher - cihazın öz doğma interfeysidir ki, bir çox cihazlarda quraşdırılmış olur.- Wps Wpa Tester - vps soxulcanı (loru dildə wifi qıran) proqramdır. Rootlu və rootsuz (OS >= 5) cihazlarda işləyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!