Həyatda dörd şey....

Həyatda dörd şey....
Maraqlı məlumatlar
10.09.2017 26
 
Dörd şey xoşbəxtlik əmələ gətirir - təmiz əsl, təmiz ürək, təmiz əl və müstəqil rəy.Dörd şey xoşbəxtliyə sübutdur - düz danışmaq, sirri möhkəm saxlamaq, həmişə təvazökar olmaq və halallıq ilə kəsb eləmək.Dörd şey hamıya lazımdır - itaət, nəsihət, şəfqət və əmanət.Dörd şeyi geri qaytarmaq olmaz - deyilmiş sözü, keçmiş qəzanı, atılmış gülləni və ötmüş ömrü.Dörd şeyi dörd şeysiz eləmək olmaz - düşmən ilə dost olmasan onu məhv etmək olmaz, səbr etməsən arzuna cata bilməzsən, təvazökarlıq etməsən məhəbbət artıra bilməzsən və səy etməsən elm əldə edə bilməzsən.Dörd şey işləri tamamlayır - böyüklərə yaxınlıq, tarixi bilmək, düz adamların tədbiri və dostların rəvayətlərini eşitmək.Dörd şeydən ehtiyat etmək gərək - tələsməkdən, acıq və qəzəbdən, paxıllıq və pislikdən, təkəbbürdən.Dörd şey bədbəxtlik nişanəsidir - tənbəllik, cahillik, insaniyyətsizlik və kimsəsizlik.Dörd şəxsdə dörd şey olmaz - yalançıda mürvət, paxılda xoşbəxtlik, məsud adamlarda rahatlıq, bədxasiyyətdə böyüklük.Dörd şey bütün xalqlar üçün yaxşıdır - ədalət və doğruçuluq, ağıl və bilik, təkamül və səbr, həya və utanmaq.
 
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!