Faydalı məlumatlar

Faydalı məlumatlar
Maraqlı məlumatlar
10.09.2017 21
1. Sürətli kilo verib yenə kökəlmək bədəninizin zəifləməyə qarşı müqavimətini artırar və gedərək kilo verməniz çətinləşər. Maddələr mübadiləsi alt-üst olar.
2. Edilən yeni araşdırmalara görə meyvə, tərəvəz və yaşıl bitkiləri bol yeyən kəslərin daha az xərçəng və ürək xəstəliyinə tutulduğu təsbit edilmişdir.
3. Təsadüfi diyet, təsadüfi sağlamlıq yəni sağlam olmamaq deməkdir. Həyata, sağlamlığa və xoşbəxtliyə əhəmiyyət verin.
4. Divarınıza mismar vuracağınız zaman işarələdiyiniz yerin üzərinə çarpaz bant yapışdırın. Mismarı elə batırın, beləcə divarın gipsini çatlatmamış olacaqsınız.
5. Keks qəlibinizin içinə xəmirinizi tökmədən əvvəl ortasına bir lent alüminium folyo qoyun. Beləcə keksinizi bişirdikdən sonra asanca çıxara bilərsənik.
6. Bayatlamış çörəklərin üzərinə su səpin və folyo kağıza büküb 5-10 dəqiqə sobaya qoyun. Beləcə təptəzə olacaq.
7. Sobada kartof bişirməmişdən əvvəl 10-15 dəqiqə qaynadın və çəngəllə dəlin. Beləcə daha asan bişəcək.
8. Badımcanları bişirmədən əvvəl duzlayın və bir müddət gözlədin. Daha sonra soyuq süddən keçirin və qurulayın. Badımcanlar daha ləzzətli olacaq.
9. Kök və yarpaqları birlikdə yeyilən tərəvəzlər bişirilərkən əvvəl kökləri incə doğranıb qazana qoyulmalıdır. Yarpaqları isə daha sonra əlavə edilməlidir. Beləcə qida dəyərləri itməyəcək.
10. Yemək arasında acanda quru ərik yeyin. Quru ərik qan şəkərinin düşməsinə mane olar. Ancaq çox şişirtməyin, çünki bir quru ərikdə 8 kalori var.
11. Evdə tort bişirərkən istifadə etdiyiniz meyvə və şəkərlərin dibə çökməsini istəmirsinizsə tortunuza bir miqdar qarğıdalı unu əlavə edin. Meyvələr bişərkən suları sıxlaşar və dibə çökməzlər.
12. Kartof pürenizə dəyişik bir qoxu vermək istəyirsinizsə içinə bir miqdar hindqozu atın. Dadının çox dəyişdiyini görəcəksiniz.
13. Etdiyiniz böreyin daha ləzzətli olmasını və konsistensiyasında bişməsini istəyirsinizsə sobaya qoymadan əvvəl bir neçə saat soyuducuda gözlədin. Beləcə çox daha ləzzətli olacaq.
14. Nahar ya da çay saatı üçün hazırladığınız xəmir qızartmalarının daha ləzzətli olmasını istəyirsinizsə, xəmirə əlavə etdiyiniz qabartma tozuna bir az şəkər tozu qatın.
15. Aldığınız tarla çiçəklərinin daha uzun müddət qalaraq vazada gözəlliklərini qorumasını istəyirsinizsə, sununa bir neçə damla paltar suyu qoyun. Daha uzun ömürlü olacaqlar.
REDAKTE ETDI:  PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!