Mətbəxdə kişi-bu qadının arzusudur yoxsa fəlakət?!

Mətbəxdə kişi-bu qadının arzusudur yoxsa fəlakət?!
Maraqlı məlumatlar
10.09.2017 26
Mətbəxdə kişi-bu qadının arzusudur yoxsa fəlakət?! 
Mətbəxdə kişi-bu bayramdır!
Ən yaxşı aşbazlar kişilərdir!Tələsməyin,bu sadəcə həyatdan bir frazadır!Əgər bir işi ürəyin istəyəndə edirsənsə bu əlbəttə ki  yaxşıdır.Bir də var bu sadəcə sənin vəzifəndir.
Görəsən kişilər də ömrü boyu mətbəxə təhkim edilsəydilər deyərdilərmi ki onlar dünyanın ən yaxşı aşbazıdır? 

 
Kişi mətbəxdə-bu ki əladır.Yəqin hər bir qız bunu arzulayardı.Düzdür azərbaycanlı kişini mətbəxdə önlük geyərək plitə qarşısında yemək bişirdiyini təsəvvür eləmək çətindir.

Həm də bir şey var ki lap kişi mətbəxə keçsə də o ordan çıxanda siz bir daha mətbəxə girmək istəməzsiniz.Onlardan sonra təmizləmək və hər şeyi yerbəyer etmək o qədər vaxt alacaq ki,ondansa özüm edərəm deyəcəksiniz.
 
 
Uşaqlıqdan atamın və dayımın bizə bişirdiyi yeməklər yadımdadır.Evdə yox təbii ki,bağa,Qəbələyə  və diğər təbiət qoynuna gəzməyə gedəndə yeməyi kişilər hazırlayırdı və onun dadından və ətrindən doymaq olmurdu.Bəlkə ona görə yaddaşımda belə qalıb.
Birlikdə keçirilən bayramları və istirahət günlərini çox sevirəm,bu şərtlə ki həmin gün yemək hazırlamaqda kişi qadına kömək etsin.Heç olmasa kabab hazırlaya bilər.Hətta bundan sonra 2 gün onların tökdüklərini yığışdırmalı olsam belə.
Mətbəxdə kişi-bu qadının arzusudur yoxsa fəlakət?!
 
 
Kişi mətbəxdə-bu simfoniyadır))Bu ailədə kiçik də olsa bir xoşbəxtliyin mövcudluğuna işarədir.Çünki evin hansı hissəsi qadına aiddir düşünəndə mütləq mətbəx ağla gəlir.
Zal kişiyə aiddir,özü də televizor və divanla birlikdə.Uşaq otağı təbii ki uşaqlara.
Qadınasa mətbəx düşür.
Kişini qadına aid hissədə görmək onun diqqətindən və sevgisindən xəbər verir.

 
Kişi mətbəxdə...
bu yalnız qadının arzusu olub və olaraq qalacaq və ya bu fikri inkar edən kişilər də tapılacaq?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!