Çörəklər soyuducuya

Çörəklər soyuducuya
Maraqlı məlumatlar
10.09.2017 15
Nəm itkisini önləyərək daha uzun müddət təzə qalmasını təmin etmək üçün çörəyinizi soyuducuda qoruyun.

Mütəxəssislər, çörəyin nəm itkisini önləyərək daha uzun müddət təzə qalmasını təmin etmək üçün soyuducunda gözlədilməsi lazım olduğunu bildirdi.
Hər gün milyonlarla çörəyin zibilə getdiyi və bunun bizə ziyan olduğu bildirildi.
Çörəyin çörək qutusunda, soyuducuda ya da buzxanada saxlanmasını təklif edən mütəxəssislər, çörəyin içindəki nəm itkisini önləyərək, daha uzun müddət təzə qalmasını təmin etmək üçün yaxşıca sarılı halda saxlanması lazım olduğunu açıqladılar.
Havanı içində az tutan saxlama paketləri təklif edən mütəxəssislər, "Bayat çörəyi qiymətləndirməyin ən sadə yolu, bayat sobada və ya açıqda gözlədərək sonra üyüdüb galeta unu halına gətirməkdir. Galeta unu küftə edərkən, çörək yerinə qatıla bilər. Bayat çörəyi kəsib sobada bişirdikdən sonra şorbanın içinə ataraq yemək də başqa bir qiymətləndirmə yoludur. Kəsilmiş bayat çörək parçaları, tavada əridilmiş kərəyağı və maye yağ qarışığına quru nanə, qırmızı toz bibərlə birlikdə sürətli sürətli qarışdırılıb bişirilir. Ədviyyatlanmış bu tikə parçaları soyuducuda saxlana bilər. Lazım olduğunda isə şorbalara qatıla bilər" - dedilər.
Yumşaq yeyilmək istənsə bayat çörək dilimlərinin bir kəvgirə qoyulmasını təklif edən mütəxəssislər, "Kəvgir, su dolu bir qazanın üzərinə oturdulub üzəri bağlanılar. Su qaynadıqca yaranan buxar çörəyi nəmləndirib yumşaldaraq təzə hala gətirər" tövsiyəsi verdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!