Mənim Dilim!!

Mənim Dilim!!
Şeirlər - Hekayələr
10.09.2017 11
Layla dedim yatasan,
Qızılgülə batasan…
-Hardan gəlir bu səs-səda?
Bəlkə illər arxasında.
Layla çalır gəlin ana.
Dörd qulac ip,
Bir yüyrüyü bənd eləmiş kəhkəşana.
Layla çalır gəlin ana,
Layla axır çocuq baxır.
Bəs nə üçün mürgüləmir?
Bayaq ana südü əmib,
İndi ana ruhu əmir.
İllər ötdü yaşa doldum.
Anladım ki, mənim dilim,
Ürəyimdən çıxmaz mənim!
Anladım ki, sinəmdəki sözlər deyil.
Babaların nəfəsidir.
Çənlibeldə at oynadıb,
Şimşəklərlə qoşa gedən,
İgidlərin nərəsisdir.
Sağdır dilim,
Demək sağdır ləyaqətim, şərafətim.
Sağdır demək milyard yaşlı məmləkətim.
Yüz hədəfə tuş etmişəm.
Sabirin hər sətrini mən,
Salxım-salxım nuş etmişəm,
Şəhdini mən, ətrini mən.
Kim qorumur öz yurdunu-yuvasını,
Udmasın yurd havasını!!!
Kim qorumur öz dilini,
İtsin mənim gözümdən qoy ilim-ilim!
O sahili, bu sahilə birləşdirən,
Polad körpüm qılıncımdır, günəşimdir
Mənim dilim!!!

Müəllif: Xəlil Rza Ulu Türk.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!