Sən özgəninsən!

Sən özgəninsən!
Şeirlər - Hekayələr
10.09.2017 46
Özüm öz badəmə zəhər tək doldum,
Sevgi baxçasında saraldım, soldum,
Nə üçün həyatda mən şair oldum?
Sən mənim ilhamım bilə bilmədim,
Sənə sevgilimsən deyə bilmədim.

Amansız olsa da bəxtinlə barış,
Mənə sevgi adlı nağıldan danış,
Hələ biz təzəcə olmuşuq tanış,
Sənlə ilk görüşə gələ bilmədim,
Sənə sevgilimsən deyə bilmədim.

Bilirəm, əslində sən özgəninsən,
Olmusan özgəyə tən, özgəninsən,
Bir dəfə demədim mən özgəninsən,
Adını qəlbimdən silə bilmədim,
Sənə sevgilimsən deyə bilmədim.

Ayrılıq vaxtında gəlmədi, gülüm,
Məhəbbət üzümə gülmədi, gülüm,
Sevgin ürəyimdə ölmədi, gülüm,
Elə onunçün də ölə bilmədim,
Sənə sevgilimsən deyə bilmədim.

Bir gün öz dərdiylə tutan əl-ələ,
Sevirəm sözünü gətirməz dilə,
Üzümdə təbəssüm doğsa da belə,
Bir dəfə ürəkdən gülə bilmədim,
Sənə sevgilimsən deyə bilmədim.

Gördüm özgəsiylə görüşəndə sən,
Gözüm gördüyünə kəsildi düşmən,
Bir kəlmə demədim, uzaqlaşdım mən,
Kənardan baxmağa dözə bilmədim,
Sənə sevgilimsən deyə bilmədim.

Sən Özgəninsənскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!