Nə xeyri

Nə xeyri
Şeirlər - Hekayələr
10.09.2017 25
Ümidlər göyərsə ta innən belə,

İnadım vüsalı alarsa ələ,

Duyğular dil açıb gəlsə də dilə

Görüşsək nə xeyri, görsəm, nə xeyri.



Qəzəbdən əqrəblər özünü sancar,

Səbrimin kasası dolubsa bunca.

Bu dünya zülmətdir, açılsa baca

Görüşsək nə xeyri, görsəm, nə xeyri.



Vüsalın özgənin payına düşdü,

Qismətim- üzündə süni gülüşdü.

Eh, artıq gəncliyim ötdü, ötüşdü,

Görüşsək nə xeyri, görsəm, nə xeyri.



Duymadın saf eşqi, saf məhəbbəti,

Çox ucuz göstərdin sən səxavəti.

Bəxtimin ulduzu yarsa zülməti

Görüşsək nə xeyri, görsəm, nə xeyri.



Gedişin qəm, kədər, ölçüyə gəlməz,

Viranə qəlbimin ahı tükənməz.

Gəlişin dərdimə əlac eyləməz,

Görüşsək nə xeyri, görsəm, nə xeyri.



Son ümid, son arzu küləyə dönsə,

İçimdə qalarmı sevgidən nəsə?

Qayıtsan ömrümə, mələyə dönsən-

Görüşsək nə xeyri, görsəm, nə xeyri…
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!