Arabir yuxuma qonaq ol yetər

Arabir yuxuma qonaq ol yetər
Şeirlər - Hekayələr
10.09.2017 58
Daha heç danışma, özünü yorma,
Gedirsən gözümdən uzaq ol yetər.
Bircə xahişim var, qəlbimi qırma,
Arabir yuxuma qonaq ol yetər...



Səni unutmaram, unutmaq niyə,
Unutmaq yaraşmır axi sevgiyə,
Xəyalın gözümdən getməsin deyə.
Arabir yuxuma qonaq ol yetər...



Sən baxma gözümdən axan bu yaşa,
Nəcür istəyirsən, get o cür yaşa,
Mən səni anladım, səndə düş başa,
Arabir yuxuma qonaq ol yetər...



Sən mənim əlimi burax, eybi yox.
Allahım sən mənə dayaq ol yetər,
Çox şeymi istədim, səndən belə çox?
Arabir yuxuma qonaq ol yetər...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!