Mənim bu ayrılıq xoşuma gəldi

Mənim bu ayrılıq xoşuma gəldi
Şeirlər - Hekayələr
10.09.2017 94
Ağlıma gəlməyən başıma gəldi.
Bəlkə biz bu işə bir əlac qılaq?
Qovuşub, ayrılmaq xoşuma gəldi,
Gəl yenə qovuşaq, yenə ayrılaq...

Gəl yenə qovuşaq, bir sevgi istə,
Saxta gülüşlərlə, saxta baxışla,
Yenə də adi bir səhvimin üstə,
De ki, mən gedirəm, məni bağışla...


Mən də razılaşım, susum lal kimi,
İzləsin qəm dolu baxışım səni.
Cavabı olmayan bir sual kimi,
Gələndən, gedəndən soruşum səni...


Kaş mənim yanımda qalaydın, ya da,
Nə bilim, başqa bir yolu seçəydin.
Ürəyin belə çox yanırdısa da,
Aramızdan keçən suyu içəydin...


                                                                               Müəllif:Xəzər Süleymanlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!