Gecələr səssizcə mən ağlayıram

Gecələr səssizcə mən ağlayıram
Şeirlər - Hekayələr
10.09.2017 55
Getdin əllərimdə qaldı əllərin,
Əlinin istisin yar saxlayıram.
Yadıma düşəndə incə tellərin,
Gecələr səssizcə mən ağlayıram.

  

Gedərkən 1 şəklin qaldı mənimlə,
Səni o şəkildə xatırlayıram.
Sənsizkən birlikdə qalıb qəmimlə,

Gecələr səssizcə mən ağlayıram.

 

Sənsizlik ömrümdən,günümdən gedir,
O keçən günləri varaqlayıram.
Sətirlər sevgimə şahidlik edir,
Gecələr səssizcə mən ağlayıram.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!