Bilirəm

Bilirəm
Şeirlər - Hekayələr
10.09.2017 44
De niyə yanmadın sevən halıma,
Qəst etdin sevərək mənim canıma.
Desəm ki qayıt gəl yenə yanıma,
Desəmdə faydası olmaz bilirəm.

Bu necə sevgi idi anlamadım heç,
Günahım olubsa günahımdan keç.
Mənim olmadığım bir dünyanı seç,
Artıq qəlbim səndə durmaz bilirəm.

Həyat məni ayrı salıbdı səndən,
De niyə ayrıldın sən axı məndən.
Söylə ayrılarmı sevən sevəndən,
Ürək artıq sənsiz vurmaz bilirəm.

Səni gördüyüm gün kaş kor olaydım,
Səni sevən kimi kaş unudaydım.
Əzəl gündən eşqi kaş soyudaydım,
Bu sevgimiz birdə sinməz bilirəm.

Söylə ki sevgilim sən nə edirsən,
Qəlbimə iz salıb hara gedirsən.
Bilirəm hələ də məni sevirsən,
Daha bu qəlb səni sevməz bilirəm.

Çox asan sevmişdim, unutdum çətin,
Üzümə gülmədi yenə qismətim.
Ürəyimdə qaldı arzu həsrətim,
Ağlar gözlər daha susmaz bilirəm.

Nə qədər alışım nə qədər yanım,
Nə qədər özümü mən bədbəxt sanım.
Artıq acıya tab gətirmir canım,
Dərdimi heç kəs qanmaz bilirəm.

Xoşbəxt olmaq haqqım deyilmi mənim,
Görən nə vaxt bitər dərdim- sitəmim.
Olmazmı bir daha kimsə həmdəmim?
Anar buna cavab verməz bilirəm.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!