Qürurumu əyə bilmərəm

Qürurumu əyə bilmərəm
Şeirlər - Hekayələr
10.09.2017 24
Dedilər bu qədər qürurlu olma,
Amma qürurumu əyə bilmərəm.
Ürəyim əssə də səndən aralı,
Sənə gəl sözünü deyə bilmərəm,
Çünki qürurumu əyə bilmərəm!

Kimsəsiz qalmışam səndən aralı,
Ürəyim nisgildən daim yaralı.
Sənsiz necə tapım səbri, qərarı?
Amma gəl sözünü deyə bilmərəm,
Çünki qürurumu əyə bilmərəm!

İstəyirəm hər an özün gələsən,
Bütün qayğıların mənlə böləsən.
Məni sevincinə şərik edəsən,
Özüm gəl sözünü deyə bilmərəm.
Çünki qürurumu əyə bilmərəm!

Hicranin bil məni xəstə salsa da,
Həkimim cin-şeytan gəlib olsa da.
Əzrail başımın üstün alsa da,
Sənə gəl sözünü deyə bilmərəm.
Çünki qürurumu əyə bilmərəm!

Namərdlər qəlbimi yıxsa da mənim,
Bəxtim məhvərindən çıxsa da mənim,
Bəxtəvər deyənim çoxsa da mənim.
Bədbəxt olduğumu deyə bilmərəm,
Çünki qürurumu əyə bilmərəm!

Fələk dolaşdırıb məndən sər aldı,
Yay vaxtı bağımı çovğun qar aldı.
Həsrətdən bənövşə vaxtsız saraldı,
Bahara gəl sözün deyə bilmərəm.
Çünki qürurumu əyə bilmərəm!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!