Sevmə artıq unut məni

Sevmə artıq unut məni
Şeirlər - Hekayələr
10.09.2017 51
Yorub sevgi, həyat məni,
Sevmə artıq, unut məni!
Ürəyindən sil at məni,
Sevmə artıq, unut məni!

Nə düşün nə xəyala dal,
Nə xatırla, nə yada sal,
Uzağa get uzaqda qal,
Sevmə artıq, unut məni!

Ümidlənmə boş boşuna,
Get yaşa sən öz başına,
Baxmayacam göz yaşına,
Sevmə artıq, unut məni!

Mənə elə dağ çəkdinki,
Sağalar yeri çətinki,
Sənə başqa nə deyimki,
Sevmə artıq, unut məni!

Yuxularımda dolaşma,
Mənim sevgimə bulaşma,
Bir də sevgidən danışma,
Sevmə artıq, unut məni!

Səni sevdim gör neçə il,
Nebi sevdi bir dəfə bil,
Daha səni sevən deyil,
Sevmə artıq, unut məni!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!