Bu necə sevgidir

Bu necə sevgidir
Şeirlər - Hekayələr
10.09.2017 18

Bir gün mən olmasam qəribsəyərsən?

O mənsiz gözlərin yaş tökərmi heç?
O mənsiz dünyadan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?


Bir küləkli axşam, yağış gecəsi
Durub üşüyərsən soba dibində
Onda qırılacaq qəlbinin səsi
Onda darıxacaq dərdin içində
 

Bir anlıq gözünü dikib güzgüyə

Sığalsız saçını qoxlayacaqsan
Təzə bir xatirə tapasan deyə
Köhnə əl çantanı yoxlayacaqsan


Doğmalar səninlə bir olmayacaq
Elə ümidlərin qovacaq səni
Dərdini deməyə yer olmayacaq
Qəbristan yolları yoracaq səni


Əyər elə olsan dəyişəcəksən
Dərdin yandıracaq səni od kimi
Bütün dünya ilə döyüşəcəksən
Tənha olacaqsan son ümid kimi


Məzarım üstündə güllər solacaq
Sarmaşıq saracaq başdaşımı da
Gündə neçə kərə gözün dolacaq
Silən olmayacaq göz yaşını da


Uçuq pəncərəli can qəfəsimi
Yeddi qıfıl ilə bağlayacağam
Ovcuma üfürüb son nəfəsimi
Səninçün sabaha saxlayacağam...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!