Sevdim

Sevdim
Şeirlər - Hekayələr
10.09.2017 28
Utanıb qaçardım onu görəndə
Deyirdim gözünə baxmasın gözüm
Son qoya bilmədim mən bu hislərə
Sevməkdən qorxduğum insanı sevdim
Əvvəlcə xəyallar sonra ümidlər
Hər onu görəndə tir-tir əsmələr
Sonra da yuxusuz qəmli gecələr
Sevməkdən qorxduğum insanı sevdim
Anlaya bilmirdim nə olub mənə
Ehtiyac duyurdum onun səsinə
Bacara bilmədim mən ürəyimlə
Sevməkdən qorxduğum insanı sevdim
Ağ qara,qara ağ görünür mənə
Ona yox buna yox bağlandım sənə
Etiraf edirəm bunu hər kəsə
Sevməkdən qorxduğum insanı sevdim :ciyy: 
                                             скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!