Yağış və təkliyim

Yağış və təkliyim
Şeirlər - Hekayələr
10.09.2017 27
Buludlarda gizli idi yağışlar,

Gözlərimin içində quru buludlar.

Küləklərdə deyilərdi mahnılar,

Dodağımın ucunda duzlanılan yaşlar.



Çətirimdə qalardı yağışlar,

Könlümdə düyünlənərdi duyğular.

Dodağımda zümzümə edərdi mahnılar,

Gözlərimin çanağında duzlu yaşlar.



Küçələrdə gizli idi təkliklər,

Könlümün içində sönmüş lampalar. 

Qaranlıqlarda dinlənirdi mahnılar,

Yanağımdan süzülürdü duzlu yaşlar.



Çətirimdə qalardı yağışlar,

Könlümdə düyünlənirdi duyğular.

Dodağımda zümzümə edərdi mahnılar,

Gözlərimin çanağında duzlu yaşlar.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!