Bağışla toyuna gələ bilmədim

Bağışla toyuna gələ bilmədim
Şeirlər - Hekayələr
10.09.2017 47
Ruhum itgin düşüb,qəlbim soyuqdu,
Heç kimi sevmirəm,ürəyim toxdu,
Sənə veriləcək hədiyyəm yoxdu,
Bağışla toyuna gələ bilmədim...

Ağıl getmə deyir ürək tələsir,
Görmək ümidiylə titrəyir əsir,
Nə sən günahkarsan nə mən müqəssir,
Bağışla toyuna gələ bilmədim...

Sevgiylə gözünə baxa bilərdim,
Dünyanı yandırıb yaxa bilərdim,
O toyu başına yıxa bilərdim,
Bağışla toyuna gələ bilmədim...

Olmasın ortada bir haram tikə,
Gəlişim qəlbinə salar səksəkə,
O toyda əzabdan ölərdim bəlkə,
Bağışla toyuna gələ bilmədim...

Gizlədə bilməzdin bu böyük dərdi,
Baxışım qəlbini dəlib deşərdi,
Bilənlər başına töhmət edərdi,
Bağışla toyuna gələ bilmədim...

Çatsada göylərə ahım,gileyim,
Dedim ağ gününü qara etməyim..
Son bir qerar verdim:"Toya getməyim",
Bağışla toyuna gələ bilmədim...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!