Sənsən mənim düşüncəm

Sənsən mənim düşüncəm
Şeirlər - Hekayələr
10.09.2017 13
Gözlərində açıldı,
Ömrümün ilk baharı.
Məni dünya tərk etdi,
Sən də tərk etmə barı.[/b]
                                             
Dilimin əzbərisən,
Ürəyimin nəğməsi.
Məni heyran etmisən,
Gözüm görməz heç kəsi.
                                              
Səninlə yaşayıram,
Sevgini doya-doya.
Hər əzaba hazıram,
Səsini duya-duya.
                                               
Gündüz günəş, gecə ay,
Gəlibdi bizə qonaq.
Tanrı bizə verib pay
Niyə həsrətlə yanaq?[b]

                                                
Ömrümdə açan gülsən,
Səninlə yox olar qəm..
Bircə onu bilki sən,
Sənsən mənim düşüncəm.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!