Həsrətin çökdüyü zaman

Həsrətin çökdüyü zaman
Şeirlər - Hekayələr
10.09.2017 20
İtər göylərdə, ulduzlar, aylar.
Ürəyimə həsrətin çökdüyü zaman.
Zəlzələlərin başlar, qırılar faylar
Gözlərim yaşları tökdüyü zaman. 


Axtararkən qəhvədə fallar içində, 
İtirdim izini yollar içində, 
Səninlə sənsizdim illər içində, 
Qədərim boyumu bükdüyü zaman. 


Sevən insan əsla qüsur axtarmaz 
Ürək yarasını həkim sağaltmaz 
Sevdanın qarşısında fələk dayana bilməz 
Könüldən könülə axdığı zaman. 


Viransa könüldə bağçalar bağlar, 
Keçər aylar illər, tükənər çağlar, 
Mənim də ürəyim səninlə ağlar, 
Gözlərin hüznlü baxdığı zaman. 


Kiminə itaətlim, kiminə celil, 
Gözlərim şahiddir, ürəyim dəlil, 
Necədə etmişdin məni sər səfil, 
Eşqin ürəyimi yandırdığı zaman...
 

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!