Qayıt ürəyimə qayıt sevgilim

Qayıt ürəyimə qayıt sevgilim
Şeirlər - Hekayələr
10.09.2017 38
Məni tənha qoyub hara gedirsən?
Qayıt ürəyimə, qayıt sevgilim.
Bilirsənmi, axı sən nə edirsən?
Qayıt ürəyimə, qayıt sevgilim.

Bir vaxtlar olmuşdun ömür yoldaşım,
Sənsiz axır gecə-gündüz göz yaşım,
Müsibətlər çəkib bəlalı başım,
Qayıt ürəyimə, qayıt sevgilim.

Səninlə olduğum o günlər hanı
Sevən aşiqini gəl yaxşı tanı.
Gəz, dolan dünyanı, Azərbaycanı,
Qayıt ürəyimə, qayıt sevgilim.

Aldandın bilirəm, hər yetən sözə,
Eşqimiz tuş oldu, bəlkə pis gözə,
Çətin ki, hicrana bu ürək dözə,
Qayıt ürəyimə, qayıt sevgilim.

İsti ocağını soyutma barı,
Axtarma həyatda dövləti-varı,
A mənim eşqimin ilk yadigarı,
Qayıt ürəyimə, qayıt sevgilim.

Müəllif: Maarif Şikar Qasımoğluскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!