Yeni ilə aid şeir

Yeni ilə aid şeir
Şeirlər - Hekayələr
10.09.2017 94
Sevinin, a dostlar, sevinin bu gün
Yenə də bir yeni illə görüşdük
Qəmi unutduran, kədəri danan
Neçə şirin-şirin dillə görüşdük.

Yenə də bir vərəq doldu ömürdən,
Bir qamçı da dəydi göy atımıza.
Bir çəngə gül-çiçək yoldu ömürdən,
Şənlik gətirənlər ovqatımıza.

Ürək odlandıqca gözlər yaş süzər,
Yaşlardır söndürən ürəkdə odu.
Olsa da həyatın sonucu kədər,
Sevincdə, gülüşdə, dəmdədir dadı.

Uşaq cavanlaşır, qocalır cavan,
Yaş üstə yaş gəlir, hər yeni ildə.
Qalacaq yenə də sirli, sehirli
Hər solan çiçək də, açılan gül də.

Sevinin, a dostlar, sevinin, bu gün
Sevinclər bəzəsin anlarınızı.
Gəlsin xoş xəbərlər hey dəstə-dəstə,
Müjdələr oxşasın günlərinizi.

Müəllif: Elbəyi Cəlaloğluскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!