Mənə görə üzülmə

Mənə görə üzülmə
Şeirlər - Hekayələr
10.09.2017 7
Mənə görə üzülmə 
Sanma dözə bilmərəm. 
Yaşayaram məcbur, 
Səni qoyub ölmərəm. 



Get öz xoşbəxtliyinin 
Arxasınca, dayanma. 
Zamanı tutmaq olmur 
Daha burda yubanma. 



Mənə görə üzülmə 
Mən sıxaram dişimi. 
Get, nə badə ağlama 
Söndürmə günəşimi. 



Mənə hər şeydən vacib 
Sənin təbəssümündü 
Üzülürsən mənimçün 
Ölürəm neçə gündü. 



Mənə görə üzülmə 
Qəmə öyrəncəliyəm. 
Normal adam buraxmaz 
Yəqin ki, mən dəliyəm. 



Sənin xoşbəxtliyinə 
Verdim sevgimi qurban. 
Mən olmasam da olar 
Təki xoşbəxt olasan. 



Mənə görə üzülmə 
Qıymaram gözlərinə. 
Sən mənimçün gülümsə 
Mən ağlaram yerinə. 



Sən ipəkdən incəsən 
İpək kimi süzülmə. 
Üzülsən üzüləcəm 
Mənə görə üzülmə.



                                                         (Nüsrət Həsən) скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!