Çıx get

Çıx get
Şeirlər - Hekayələr
10.09.2017 15
Apar ümidləri məndən uzağa,
Onlara qanad ver, quş elə çıx get...
Qəlbləri üşüdən soyuq sazağa,
Məni işarə ver, tuş elə çıx get...



Bezdim ayrılığın dərdi - sərindən,
Nə qədər gizli ah çəkdim dərindən,
Bu eşqin qəm dolu meyvələrindən,
Dad biraz mənim tək, nuş elə çıx get...



Sevincim durudu, kədərim qatı,
Çapır uzaqlara bəxtimin atı,
Röyada gördüyüm sənli həyatı,
Yaz edə bilmədin, qış elə çıx get...



Gedirsən...son dəfə əlimi tutma,
Sal hərdən yadına, məni unutma,
Bircə gözlərimin yaşın qurutma,
Öpdüyün yanağı yaş elə çıx get...



Nüsrət Kəsəmənliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!