Sənsizliyin ağrısı

Sənsizliyin ağrısı
Şeirlər - Hekayələr
10.09.2017 22
Qürbət vətəndən ayrı olmaq deyil,əsl qürbət səndən ayrı olmaqdır!
Və ömürdən zamanın ətəyinə,yarpaqlar kimi saralıb solmaqdır!
Bütün ümidlərimin çırağı,söndüyü an səni,ay işığında anmaqdır.



Şair dediyin qələmi neştər bilib,hisslərinə batırıb,səni yazmaqdır eşq,
Sərxoşcasına nə dediyini,bilməyən adam,anlamaz ki nədir bu eşq.



Mən isə sənin sevgini,yudumladım badələr boşaldı bir bir,yorulmadım,
Adına hüzünlü nəğmələr,şeirlər yazdım fəqət sən,heç birini duymadın.



Duysanda bir faydası olmayacaq,fəqət bəlkə biraz məni anlayacaq,
Bəlkə məni bu dərin,hüzünlü intizardan qurtaracaq.



Heyif ki bu Xəyal, heç bir zaman,bəlkələrdən ayrılmayacaq,
Tükənməyəcək içimdə,qəmin sancısı,və ürəyimdə qalacaq sənsizliyin ağrısı...






 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!