Heç kim sən ola bilmir

Heç kim sən ola bilmir
Şeirlər - Hekayələr
10.09.2017 30
Heç kim sən deyil əzizim.
Qaranlıq gecələrdə nə cismimi isidən,
Nə qəlbimi titrədən, bir kimsə yox əzizim.

Əl açıb küçələrdə, qəmli bir kölgəyəm mən

Görüşünü dilənən.



Kimdir sənə bənzəyən, həsrətin də başqadır,

Xatirən də başqadır, ayrılığın da başqa.

Hər şeyə dözəcəkdim, onsuz ömür qısadır,

Hər şeyə dözə bildim, ayrılığından başqa.



Heç kim sən ola bilmir, əvəzin yoxmuş məyər.

Tikanlı məftilmisən yollarımda, yoxsa nə?

Arxadan atılan daş mütləq topuğa dəyər

Taleyin atdığı daş niyə dəydi sinəmə??? 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!