Mən inanmadım

Mən inanmadım
Şeirlər - Hekayələr
10.09.2017 19
Dedilər: - Əhdini danır o ceyran;

Dedim: - Yalan olar! - Mən inanmadım.

Dedilər: - Qış gəlir, qayıt bu yoldan,

Əsdi yel, yağdı qar, mən inanmadım!



Dedilər: - Gözləmə o gülyanağı,

Dedim: - Ürəyimə çəkməyin dağı.

Dedilər: - Toyudur, bir axşam çağı,

Dindi saz, ötdü tar, mən inanmadım!



O vaxtdan ruhumu təklik sıxsa da,

Başqa bir gözəli salmadım yada.

Müqəssir sən oldun, çünki dünyada

Heç kəsə sonralar mən inanmadım!




Müəllif: Hüseyn Arifскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!