Ağlımdan heç çıxmır o gözəl üzün

Ağlımdan heç çıxmır o gözəl üzün
Şeirlər - Hekayələr
10.09.2017 20
 Səni şeirlərdə gizli anıram,
Onlara baxıram hər səssiz gecə
Sənli yuxulardan mən oyanıram,
Sükuta batıram səni görüncə
 
Sənə qalmayıbdır daha güvənim
Bu kovrək könlümə kəsildin qənim
Səni unutmağı necə öyrənim...?
Qəlbimdə kədər var,üzümdə hüzün
Ağlımdan heç çıxmır o gözəl üzün...
 
Görənlər deyirlər,sanki mələkdir,
Unutma sən onu,o sevəcəkdir,
Ulduzlar gözünü göylərə çəkdi,
Elə bil,zillənir gözümə gözün
Ağlımdan heç çıxmır o gözəl üzün
 
Səndən döndərmişəm  artıq yönümü,
Daha düşünmürəm hər il dönümü,
Bir mələk cildində kəsib önümü,
Bir gün vaxt gələcək deyəssən özün:
-Ağlımdan heç çıxmır o gözəl üzün
 
Müəllif...Əli Əzizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!