Sən getmisən

Sən getmisən
Şeirlər - Hekayələr
10.09.2017 12
Sən getmisən, sanma sevgim yox olub.
O ölməyib, yaşayır, əvvəlki tək.
O səninlə, mənim ilə doğulub,
O son dəfə mənim ilə öləcək.
 
O taledən ikimizin payıdı,
İkimizin ürəyində göyərdi.
Zaman-zaman neçə ildi, ay idi,
Hər gün bizim qəlbimizi döyərdi.
 
Nə qədər ki, yaşayıram varam mən,
O da sağdır, demək o da yaşayır.
Ona bir yad nəfəs dəyə qoymaram,
Mən bu yolda ağartmışam başımı.
 
İllər ilə yar qadasın yar alar,
İndi biz tək sevən hanı, əzizim?
Biz ikimiz o dastanı yaratdıq,
Mən, sən yazdıq o dastanı əzizim.
 
Güc alıram daim onun gücündən.
Onu yalnız zaman, silə biləcək.
O sədadır, o nalədir içimdə.
Yalnız gülüm, o mənimlə öləcək.
 
                                                                   Müəllif:Cabir Novruzскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!