Bircə məni xatırla

Bircə məni xatırla
Şeirlər - Hekayələr
10.09.2017 24
Ömrü-günü uzun olsa həsrətin,
Göz yaşında bir çiməni xatırla.
Çiçəkləri şeh görməmiş saralan,
Solub gedən bir çəməni xatırla.
 
Dağlarıma gün yerinə çən düşüb,
Xınalı daş kəkliyindən gen düşüb.
Kimi görsən saçlarına dən düşüb,
Bircə məni, bircə məni xatırla.
 
Can üşüdən sükut görsən ağlama,
Ağlar qalmış bulud görsən ağlama.
Çiyinlər tabut görsən ağlama,
Bircə məni, bircə məni xatırla.
 
Müəllif: Zəlimxan Yaqubскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!