Yadına mən düşəcəm

Yadına mən düşəcəm
Şeirlər - Hekayələr
10.09.2017 27
 
Yenə sakitlik çöküb üfüqlər qaralanda,

Əl-ayaq çəkiləndə, öz-özünlə qalanda,
Kağız-qələm əlində, xəyallara dalanda
Yadına mən düşəcəm.






Sahil boyu... sevənlər hey əl-ələ verəndə,
Kimsə sevgilisinin saçlarını hörəndə,
Yenə başının üstdə göyqurşağı görəndə
Yadına mən düşəcəm.



Hər il meydan bəzənib bayraqlar salınanda,
Xonçalar bəzənəndə, bayramlıq alınanda,
Gözləmədiyin anda qapınız çalınanda
Yadına mən düşəcəm.



Kimsə öz eyvanında aynasını siləndə,
Kimsə divar dalında bəxtəvərcə güləndə,
Kiminsə zümzüməsi qulağına gələndə
Yadına mən düşəcəm.



Səmtini azan külək pəncərəni vuranda,
Yüklü xatirələrin düşüncəni yoranda,
Məhəbbətsiz yaşamaq gözlərinə duranda
Yadına mən düşəcəm.



Evinin hər bucağı həsrətimlə baxanda,
Təklik səni mənimtək sinəsinə sıxanda,
Kitabın arasından bir cüt yonca çıxanda 
Yadına mən düşəcəm.



Xatirinə salanda ömrün xoş anlarını,
Cavanlığın, şöhrətin xoşbəxt zamanlarını,
Sevgi umduqlarını, sevgi umanlarını -
Yadına mən düşəcəm.



Məhəbbət gözləyərkən
gündən, aydan, hər ildən,
Nəzir verib bir dua istəyərkən səfildən,
İtən yadigarlarım tapılanda, qəfildən
Mən düşəcəm yadına!
Yadına mən düşəcəm!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!