Mənim deyil

Mənim deyil
Şeirlər - Hekayələr
10.09.2017 10
Allahım, sevgimə özün çıx yiyə,
Qoyma ki, namərdlər qəddimi əyə.
Uşağa dönmüşəm, sevirəm deyə,
Elə bil bu ağ saç, yaş mənim deyil.



Hər gün gələcəyi yolda dururam,
Dəliyəm, özümə "yar” uydururam.
Gedib xəyalıyla xəyal qururam,
Sanki bu tək qalan baş mənim deyil.



Bir gəlib buz kəsmiş ələ toxunsan,
Guya yox olacaq, həsrəti dansan?
Sən mənə bu cansız candan yaxınsan,
Sanki dilimdəki "kaş" mənim deyil.



Yarı gözləyirəm, sevgimi duya,
Gəlib saflığıyla min günah yuya.
Mənsə aldadıram özümü, guya,
Bu "sənsizlik” adlı daş mənim deyil.



Rəhimli, həsrətdən yanıb alışsam,
Dua olub, min bəladan sovuşsam.
Ölənəcən bircə kərə qovuşsam,
Deyərəm gözdəki yaş mənim deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!