Gör necə güclüsən

Gör necə güclüsən
Şeirlər - Hekayələr
10.09.2017 24
Yatmaq istəyirəm...
                       sənsizliyimi
Yuxu dənizində batırım deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir,qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düsüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.
 
Həsrətin asılıb kirpiklərimdən,
Yuxumda gəlmir ki, heç olmasa mən
Itirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düsüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən...
 
Gəzmək istəyirəm...
            sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Agır bir yük ilə qarşılaşıram.
Səni itirmişəm,
                              neyləyim ancaq
Hər zaman, hər yerdə görünür yerin.
Yox, dözə bilmirəm, dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
 
Şirin xatirələr bir tikan kimi
Yollara səpilib dəstəbədəstə.
Xatirən tikandır, cızır qəlbimi,
Yoxluğun duz səpir yaramın üstə
 
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın.
Deyirəm,yaddaşım elə olsun ki,
Mənə dünənimi xatırlatmasın!
Bəxtiyar Vahabzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!