O da düşünürmü görəsən məni

O da düşünürmü görəsən məni
Şeirlər - Hekayələr
10.09.2017 82
Xəyalı gələndə gözümə birdən,
Edir xoşbəxt məni, edir şən məni,
Bir onu biləydim İlahi, hərdən
O da düşünürmü görəsən məni?
 
Əzabım bir deyil, beş deyil, mindir.
Bizi qısqananlar yaman sevindi,
Görəsən hardadır, necədir indi?
O da düşünürmü görəsən məni?
 
Baxanda mən sənli rəsmlərə hər,
Keçir gözlərim önündən nələr,
Onu xatırladır mənə bu şəhər.
O da düşünürmü görəsən məni?
 
Donub ürəyimiz, bağlayıbdı buz,
Həyat acımasız, əzabı sonsuz,
Mən çox darıxıram, bədbəxtəm onsuz,
O da düşünürmü görəsən məni?
 
Onu unutmağı öyrənim necə?
Ağlımda, fikrimdə o var sadəcə,
Onu düşünürəm hər gün, hər gecə,
O da düşürmü görəsən məni?!
 
Müəllif:Şəhriyar İbrahimovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!