Unut onu, silməlisən!

Unut onu, silməlisən!
Şeirlər - Hekayələr
10.09.2017 46
Dedilər olubdur toyun, sevgilim,
Niyə çağırmadın? Mən də gələrdim.
Ya indi, ya sonra ölsəm, nə fərqi?!
Sən gəlin olardın, mənsə ölərdim. 
 
 
Əhdini pozmusan dəyişib bütün
Bir gəlin olmusan başqası üçün.
Dedilər, doyunca gülmüsən o gün,
Son nəfər verərkən mən də gülərdim.
 
Təbəssüm etmisən, çatılıb qaşın,
Bəlkə də deyərdim "fikrindən daşın"
Evindən çıxanda axıb göz yaşın,
Gözünün yaşını kaş mən silərdim.
 
 
Qalmayıb yaralı qəlbimdə təpər,
Məzarım qoy olsun arada çəp
Ölümdən betərdi bu qara xəbər,
Çünki səni özümə həyat bilərdim. 
 
 
                      скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!