Məni sevgin yaşadır

Məni sevgin yaşadır
Şeirlər - Hekayələr
10.09.2017 56
Qəlbim nə vaxtdır durub,
Məni sevgin yaşadır.
Sinəmdə eşqin vurub,
Məni sevgin yaşadır.

Damarımda qanım tək,
Canım içrə canım tək,
Hər dəqiqə, anım ,tək,
Məni sevgin yaşadır.

Gah ağladıb, güldürüb,
Sevinc, qəmi böldürüb,
Gündə yüz yol öldürüb,
Məni sevgin yaşadır.

Bu da belə vergimi ?
Sehirli bir sevgimi ?
Nağıldakı Dev kimi,
Məni sevgin yaşadır.

Eşqinə etdim pənah,
İşləsəm də min günah,
Səni yaşadır ALLAH,
Məni sevgin yaşadır.
Məni sevgin yaşadır.


Müəllif : Yaşar Süleymanlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!