Ana ömrü

Ana ömrü
Şeirlər - Hekayələr
10.09.2017 22
Ana ömrü bir laylanın diliylə,
Sənə yanmış, mənə yanmış bir ömür.
Ana ömrü körpəsinin əliylə
Yuxuları oğurlanmış bir ömür.


Ata ömrü davalarda itəndə,
Ana ömrü təklənən bir ömürdür.
İki ömrün cəfasını daşıyıb,
Həsrət ilə yüklənən bir ömürdür.


Ana ömrü balasının gözündən
Baxışıyla sevinc içən bir ömür.
Bəzi nankor övladların üzündən
Son günündə tənha köçən bir ömür.


Bir parçası mətbəxlərə tökülmüş,
Bir parçası bələklərə bükülmüş.
Bir parçası xatirələr dumanı,
Bir parçası ər ömrünün qurbanı.


Bir parçası oğul toylu-busatlı,
Bir parçası nəvə eşqli-qanadlı.
Bir parçası qızlarından nigaran,
Ağuşunda qəzəbləri uyudan,
Dünyamızda hərb odunu soyudan
Ömrümüzə səpələnmiş bir ömür...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!