Nələrdən imtina edə bilərsən mənim üçün?

Şeirlər - Hekayələr
10.09.2017 23
 Nələrdən imtina edə bilərsən mənim üçün?
Mən sənin üçün xəyallarımdan imtina etdim
Artıq təkəm bir mavi yox yuxularımda.

Nələrdən imtina edə bilərsən mənim üçün?

Mən sənin üçün uşaqlığımdan imtina etdim

Böyüdüm həmişə içimdə bir uşaq saxlasam da.

Nələrdən imtina edə bilərsən mənim üçün?

Mən sənin üçün ölməkdən imtina etdim

Və heç ölməyəcəkmiş kimi yaşamaqdan.

Nələrdən imtina edə bilərsən mənim üçün?

Mən sənin üçün təklikdən imtina etdim

Təkcə yatıb durmaqdan.

Nələrdən imtina edə bilərsən mənim üçün?

Mən sənin üçün bir ağacdan imtina etdim

Bir tərəfi qurumuş bir tərəfi şam iy verən.

Nələrdən imtina edə bilərsən mənim üçün?

Mən sənin üçün ağlamaqdan imtina etdim

Sənin gülümsəməyinlə.

Nələrdən imtina edə bilərsən mənim üçün?

Mən sənin üçün səni görməməkdən imtina etdim

Sənə baxdığım zaman.

Nələrdən imtina edə bilərsən mənim üçün?

Mən sənin üçün yaşadıqlarımdan imtina etdim

Artıq qiymətli mənim üçün yaşadığım hər an.

Nələrdən imtina edə bilərsən mənim üçün?

Mən sənin üçün axtarmaqdan imtina etdim

Soruşanlara cavab bilmirəm dedim.

Nələrdən imtina edə bilərsən mənim üçün?

Mən sənin üçün yeni bir eşqdən imtina etdim

Kimsəni sən kimi sevə bilmədim.

Nələrdən imtina edə bilərsən mənim üçün?

Mən sənin üçün istəməkdən imtina etdim

Mənim üçün imtina et deməkdən.

Nələrdən imtina edə bilərsən mənim üçün?

Mən sənin üçün səndən imtina etdim

Sənin üçün səndən...скачать dle 11.3

Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!